Pakistanda silahlı şəxslər avtobusda 9 sərnişini öldürüblər
Bu barədə "Arab News" xəbər verib

Silahlı şəxslər Pakistanın Bəlucistan əyalətində avtobusun 9 sərnişinini öldürüblər.
Bu barədə "Arab News" xəbər verib.
Bildirilib ki, hadisə Zhob rayonunda baş verib. Cinayətkarlar iki sərnişin avtobusunu saxlayıb, 9 nəfəri qaçırıblar. Daha sonra onların meyitləri dağlarda aşkar edilib.
Bəlucistan hökumətinin rəsmi nümayəndəsi Şahid Rindin sözlərinə görə, təhlükəsizlik qüvvələri hadisəyə operativ reaksiya veriblər, lakin hücum edənlər qaranlıqdan istifadə edərək qaça biliblər. Bölgədə genişmiqyaslı axtarış əməliyyatı aparılır.