Azərbaycan, Türkiyə və Gürcüstan birgə təlimi başa çatıb
Bu barədə Türkiyə Milli müdafiə nazirliyi xəbər yayıb FOTO
Azərbaycan, Türkiyə və Gürcüstan arasında birgə hərbi təlimlər Bakıda başa çatdı.

12-20 noyabr tarixlərində Türkiyə, Azərbaycan və Gürcüstan silahlı qüvvələrinin hərbi qulluqçularının iştirak etdiyi "Əbədilik 2026" təlimləri Bakıda uğurla keçirildi.

Bu barədə Türkiyə Müdafiə Nazirliyinin bu gün verdiyi açıqlamada bildirilib. Nazirlik vurğulayıb ki, bu təlimlərin məqsədi təlim, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bacarıqlarını təkmilləşdirmək, eləcə də çoxmillətli sülhməramlı əməliyyatlara hazırlığı artırmaqdır.
1 dəqiqədən az