Türkiyə, Azərbaycan və Özbəkistanın XİN-ləri Ankarada
Xarici işlər naziri Ceyhun Bayramov ikinci üçtərəfli görüşündə iştirak etmək üçün Türkiyəyə işgüzar səfərə yola düşüb
Yanvarın 29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin ikinci üçtərəfli görüşündə iştirak etmək üçün Ankaraya işgüzar səfərə yola düşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin ikinci üçtərəfli görüşündə, eləcə də bir sıra yüksək səviyyəli ikitərəfli görüşlərdə çıxışı nəzərdə tutulub.