Azərbaycan Türkiyənin beş ən yaxın dostundan birincisidir
Bu "ASAL Araştırma və Danışmanlıq" mərkəzi tərəfindən Türkiyə sakinləri arasında aparılan sorğunun nəticəsində məlum olub
Azərbaycan Türkiyənin beş ən yaxın dostu siyahısında birinci yerdədir.
"ASAL Araştırma" tərəfindən Türkiyə sakinləri arasında aparılan sorğuya görə, respondentlərin 56,5%-i tərəfindən seçilən Azərbaycan birinci yerdədir, ardınca Yaponiya (50,2%), Çin (48%) və İtaliya (46,7%) gəlir. Respondentlərin 38,4%-i Rusiyanı dost ölkə hesab edir.
Türkiyə sakinləri İsraili (84%), ABŞ-ı (70,5%), Yunanıstanı (66,6%) və Fransanı (58,5%) dost olmayan ölkələr hesab edirlər.
1 dəqiqədən az