Dövlət Bahçeli Türkiyədəki səfirimizlə görüşüb
MHP lideri və Rəşad Aslanovun görüşü dost və qardaşlıq atmosferində keçib YENİLƏNİB
11:00
MHP sədri Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanovla görüşündə bildirib ki, Azərbaycan-Türkiyə qardaşlığının qorunması və həmrəyliyin gücləndirilməsi Türk dünyasının ortaq gələcəyi üçün strateji əhəmiyyət daşıyır.

Səfir Prezident İlham Əliyevin salamlarını və qardaşlığın müdafiəsinə verdiyi dəstəyə görə təşəkkürünü Bahçeliyə çatdırıb.
Bahçeli də Azərbaycan Prezidentinə salamlarını çatdırmağı xahiş edib, iki ölkə arasında münasibətlərin etimad və qardaşlıq əsasında inkişaf edəcəyinə əminliyini bildirib.
***
2026-10-23 23:04
Türkiyənin MHP sədri Dövlət Bahçeli Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanovla görüşüb.
Bu barədə partiyanın "X" sosial media hesabında VİDEO paylaşılıb.
Görüş səmimi və dost mühütündə keçib.
1 dəqiqə