XƏBƏRLƏR / Müttəfiq

Türkiyə Bakı Günü münasibəti ilə Azərbaycanı təbrik edir

Bakının işğaldan azad edilməsindən 108 il ötür YENİLƏNİB

Türkiyə Bakı Günü münasibəti ilə Azərbaycanı təbrik edir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 15:26

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 15 Sentyabr - Bakının azad edilməsinin ildönümü ilə bağlı təbrik edib.

    Bu barədə Türkiyə Prezidentinin “X” səhifəsində qeyd olunub.

    “Dost və qardaş Azərbaycanın paytaxtı Bakının düşmən işğalından azad edilməsinin ildönümünü təbrik edirəm və Qafqaz İslam Ordusunun komandanı Nuri Kıllıgil Paşa və onun qəhrəman əsgərlərini rəhmətlə anıram”, - təbrikdə bildirilib.

    ***

    14:50

    Türkiyə Milli Müdafiə Nazirliyi Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı bəyanat yayıb.

    Bəyanatda qeyd olunur ki, 108 il əvvəl Bakıda özünü göstərən qardaşlıq ruhu bu gün də yaşayır.

    "Bakının düşmən işğalından azad edilməsinin 108-ci ildönümündə Nuri Paşanı və Azərbaycanlı qardaşlarımızın köməyinə gələn Qafqaz İslam Ordusunun qəhrəmanlarını mərhəmət, minnətdarlıq və hörmətlə xatırlayırıq."

    ***

    12:36

    Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım edib.

    Bu barədə nazirliyin “X” hesabında paylaşılıb.

    “Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü münasibətilə azərbaycanlı qardaşlarımızı ən səmimi arzularımızla təbrik edir, müstəqillik uğrunda canlarını fəda edən bütün şəhidlərimizi hörmət və ehtiramla yad edirik", - paylaşımda qeyd edilib.