XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan Türkiyəyə 16% çox qaz ixrac edib

Azərbaycan Türkiyəyənin qaz tədarükünə Rusiyadan sonra ikinci yerdə qərarlaşıb

Azərbaycan Türkiyəyə 16% çox qaz ixrac edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Enerji Bazarını Tənzimləmə Şurasının (EPDK) məlumatına görə, 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan “Şahdəniz” yatağından Türkiyəyə 3 milyard 513,75 milyon kubmetr qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,6% çoxdur. .

    Şuranın məlumatına görə, 2023-cü ilin aprelində Azərbaycan qazının Türkiyəyə ixracı 893,36 milyon kubmetr təşkil edib (2022-ci ilin aprel ayı ilə müqayisədə +21,73% ).  Bu dövrdə Türkiyəyə tədarük olunan qazın 22,43 faizi Azərbaycanın payına düşüb.

    Ümumilikdə aprel ayında Azərbaycan Türkiyəyə qaz tədarükünə görə ikinci yerdə qərarlaşıb. Birinci yerdə bütün tədarüklərin 43,25%-ni təşkil edən Rusiya, üçüncü yerdə İran (21,77%), dördüncü yerdə Əlcəzair (9,21%) qərarlaşıb.