
15:03
Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkmənistan, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış edirlər.
***
13:31
Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında yüksəksəviyyəli görüş başlayıb.
Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev birgə foto çəkdiriblər.
***
11:18
Azərbaycan-Türkmənistan və Özbəkistan liderləri Türkmənbaşı şəhərində bir araya gələcək.
Liderlərin görüşü Avaza kompleksində baş tutacaq.
Qeyd edək ki, Azərbycan Prezidenti İlham Əliyev Türkmənistanda səfərdədir.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də artıq Türkmənbaşıya səfər edib.