XƏBƏRLƏR / Yükdaşıma

Azərbaycan üzərindən Ermənistana alüminium göndəriləcək

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib

Azərbaycan üzərindən Ermənistana alüminium göndəriləcək
Arxiv
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sabah Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək.

    Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

    Məlumata görə, söhbət 2 vaqon alüminium (ilk dəfə) və 9 vaqon taxıldan gedir.

    Xatırladaq ki, bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana göndərilən daha 8 vaqondan ibarət, çəkisi 543 ton olan gübrə və 10 vaqondan ibarət, çəkisi 695 ton olan taxıl Biləcəri dəmir yolu stansiyasından yola salınıb.