XƏBƏRLƏR / Səyahət

ABŞ-ın ən sağlam və qeyri-sağlam şəhərləri

Siyahıda sağlam şəhərlərdən San-Fransisko ilk yerdədir

ABŞ-ın ən sağlam və qeyri-sağlam şəhərləri
  • Oxuma müddəti:

    1 dəqiqə

  • “WalletHub” ABŞ-da əhalinin ən sıx məskunlaşdığı 182 şəhəri 41 sağlamlıq göstəricisi üzrə müqayisə edib. Bu hesabat üçün nəzərdən keçirilən ən vacib göstəricilər sağlam qida, fitnes və yaşıllıqdır.

    “Scripps news” saytı xəbər verir ki, ABŞ-da yaşamaq üçün ən yaxşı 14 sağlam yerdən səkkizi Qərb ştatlarındadır. Hesabata görə, siyahıda ilk yerdə San-Fransiskodur. Onun ardınca böyüklərin 94 faizindən çoxunun, uşaqların 98 faizinin tibbi sığortası olan, xüsusilə yüksək orta psixi sağlamlıq göstəricisi və sığorta təminatı dərəcələri ilə öyünən Honolulu gəlir. Üçüncü pillədə isə Sietl yer alıb. “WalletHub” bildirir ki, Sietl əhalisi digər amerikalılara nisbətən daha çox "sağlam şam yeməyi ideyaları" və "sağlam qida dükanları" ilə tanınır.

    İlk onluğa daxil olan digər şəhərlər San Dieqo, Vaşinqton, Portlend, Denver, Solt-Leyk-Siti, Skotsdeyl və İrvindir. Qeyd edək ki, Nyu-York 18-ci, Çikaqo 34-cü yerdə qərarlaşıb.

    ABŞ-ın ən qeyri-sağlam şəhərlərinə gəlincə, Laredo bu siyahıda ilk yerdədir. Sent-Luis ikinci, Braunsvil şəhəri isə üçüncü yerdə gedir.

    “AMA Journal of Ethics”də nəşr olunan bir araşdırmada tədqiqatçılar yoxsulluğun pis sağlamlıqla əlaqəli olduğunu vurğulayıblar. İqtisadi cəhətdən təmin olunmayan icmaların gəlir səviyyəsi, təhsili, məşğulluq vəziyyəti ölüm və bəzi xəstəliklərin riskini artdığı qeyd olunub. Beləliklə, “WalletHub” hesabatı şəhərləri daha çox sağlamlıq və fitnes üzrə sıralasa da, digər amillərin nəticəni dəyişə biləcəyini qeyd etmək vacibdir.