Azərbaycanda tranzit daşımaları 7 ayda 10 mln tona çatır
Bu barədə məlumatı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi verir
Azərbaycan beynəlxalq nəqliyyat-logistika qovşağı kimi mövqeyini daha da möhkəmləndirir.
Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, eləcə də son illərdə reallaşdırılan iri infrastruktur layihələri nəticəsində 2026-cı ilin ilk yeddi ayında tranzit daşımalarının həcmi 9,1 milyon tonu ötərək son beş ilin rekord səviyyəsinə yüksəlib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz çoxdur. Xüsusilə tranzit yük daşımalarının həcmi Şərq-Qərb istiqamətində 16,5 faiz, Şimal-Cənub istiqaməti üzrə isə 14,3 faiz artıb.
Əldə olunan nəticələr son illərdə nəqliyyat və logistika sahəsində həyata keçirilən islahatlar, rəqəmsallaşma, infrastrukturun modernləşdirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qlobal ticarət marşrutlarında baş verən dəyişiklikləri, həmçinin Azərbaycanın Orta Dəhliz və Şimal-Cənub dəhlizləri üzrə strateji mövqeyinin və rəqabət qabiliyyətinin əhəmiyyətli dərəcədə artdığını göstərir.
1 dəqiqə