İsveçli səyyahlar Zəngilanda səfərdədir FOTO
Qrupa “Club 100”ün İdarə Heyətində təmsil olunan Bengt Hildebrand rəhbərlik edir
İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi “Club 100” təşkilatının geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Zəngilana səfəri başlayıb.
Qrupa “Club 100”ün İdarə Heyətində təmsil olunan Bengt Hildebrand rəhbərlik edir.
Üç günlük səfər edən heyət Zəngilan-Cəbrayıl (Xudafərin) xətti üzrə hərəkət etməyi planlaşdırır.
Bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması üçün müstəsna əhəmiyyət daşıyır. Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın “Piki Reels” Klubunun geniş tərkibdə heyətlərinin ötən 2 ildə 6 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri təşkil olunub. Onlardan 1-i 2021-ci ildə, 4-ü isə 2022-ci ildə, 1-i isə 2023-cü ildə reallaşdırılıb. İsveçdən olan səfər bu qəbildən olan sayca 7-ci səfərdir.
Bu səfərlər çərçivəsində çox dünyada tanınan 200-dən səyyah Qarabağ və Şərqi Zəngəzurla yerində tanış olublar.