XƏBƏRLƏR / Yükdaşıma

Azərbaycan üzərindən Ermənistana Rusiya buğdası göndərilib

ADY xəbər verir

Azərbaycan üzərindən Ermənistana Rusiya buğdası göndərilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

    6 vaqondan ibarət, çəkisi 420 ton olan buğda ötən gün "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

    İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 40 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 67 min ton taxta göndərilib.

    Eyni zamanda, indiyə qədər Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.