XƏBƏRLƏR / Yükdaşıma

Rusiyadan İrəvana tranzitlə 30 vaqon propan qazı gedib

YENİLƏNİB

Rusiyadan İrəvana tranzitlə 30 vaqon propan qazı gedib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 16:18

    Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya mənşəli propan qazı daşıyan 30 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.

    Bu ölkəyə çəkisi 1 026 ton olan propan qazı göndərilib.

    Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

    ***

    13:43

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana propan qazı göndəriləcək.

    30 vaqon Rusiya mənşəli propan qazı bu gün Biləcəri stansiyasından yola salınacaq.