Ərazimizdən Ermənistana yükdaşımalar davam edəcək
Bunu ADY İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev deyib
Prezident İlham Əliyevin oktyabrın 21 Qazaxıstanda bəyan etdiyi kimi Ermənistana tətbiq olunan məhdudiyyət aradan qaldırılıb.
Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlaması zamanı deyib.
“Qazaxıstandan Ermənistana göndərilən 1000 ton, 15 vaqon taxıl yükü Biləcəri stansiya çatıb. Qatar Biləcəri stansiyasından Gürcüstana oradan isə Ermənistana yola salınacaq. Gələcəkdə də Azərbaycandan tranzit keçməklə Ermənistana yükdaşımalar davam edəcək”, - deyə qurum rəsmisi əlavə edib.
***
2026-cı ilin yanvar ayının sonuna qədər Azərbaycandan keçməklə Ermənistana əlavə 132 vaqon buğda göndərilməsi planlaşdırılır.

Bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, ilk buğda partiyası Rusiyadan Ermənistana çatdırılıb. Rusiya Dəmir Yolları Ulyanovsk vilayətinin Dimitrovqrad stansiyasından 1000 tondan artıq buğdanın daşınmasını təşkil edib.
Nazirlik bildirir ki, Azərbaycandan keçməklə Ermənistana yük tranzitinin bərpası nəticəsində yeni logistika marşrutunun fəaliyyəti mümkün olub.
Rusiya Nəqliyyat Nazirliyinin məlumatına görə, bu, 1990-cı illərdən bəri ilk belə dəmir yolu daşınmasıdır.
Hazırda digər kateqoriyadan olan yüklərin də bu marşrutla daşınması istiqamətində işlər aparılır.
1 dəqiqə