Rusiya-Azərbaycan sərhədində yük maşınlarnın növbəsi yaranıb
Bu barədə Rusiya mediası xəbər verir
Dağıstanın Rusiya-Azərbaycan sərhədində 170-dən çox yük maşınından ibarət növbə yaranıb.
Rusiya mediasının məlumatına görə, tıxac 18 may gecəsi baş verib və kənd təsərrüfatı məhsullarının mövsümi ixracı ilə bağlıdır.
"Dağıstan və Azərbaycan sərhədindəki Yaraq-Qazmalar keçid məntəqəsində 170-dən çox yük maşını Rusiyadan çıxmağı gözləyir. Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının məlumatına görə, tıxac kənd təsərrüfatı məhsullarının mövsümi ixracının başlanması ilə əlaqədar nəqliyyatın artması səbəbindən yaranıb", - deyə Dağıstan Nəqliyyat Nazirliyinin mətbuat xidməti aydınlaşdırıb.
1 dəqiqədən az