Bakı ən ləzzətli yeməklər olan dünya şəhərləri arasında
Bu barədə keçirilən sorğu nəticələrini "TripAdvisor" saytı dərc edib
"TripAdvisor" Bakını 2024-cü ildə ən yaxşı kulinariya istiqamətləri sırasına daxil edib.
Azərbaycanın paytaxtı Bakı dünyanın 25 şəhəri arasında 13-cü yeri tutub.
Siyahının ilk üçlüyünə Vyetnamın paytaxtı Hanoy, İtaliyanın paytaxtı Roma və Yunanıstanın Krit adası başçılıq edirlər.
Maraqlıdır ki, Türkiyənin İstanbul şəhəri Bakıdan sonra 14-cü yerdə qərarlaşıb.