XƏBƏRLƏR / Yükdaşıma

Qazaxıstan taxılı Azərbaycan üzərindən Ermənistana daşınır

15 vaqon buğda noyabrın 5-də Azərbaycan sərhədini keçərək Yalamaya doğru istiqamət götürüb

Qazaxıstan taxılı Azərbaycan üzərindən Ermənistana daşınır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınmasına başlanılıb.

    Qazaxıstandan gələn 15 vaqon buğda noyabrın 5-də Azərbaycan sərhədini keçərək Yalamaya doğru istiqamət götürüb.

    Bildirilib ki, Yalama-Biləcəri-Hacıqabul-Böyük Kəsik marşrutu ilə daşınan yük noyabrın 4-də Rusiyadan gələn 15 vaqonun ardınca Ermənistanın Dalarik stansiyasına yola salınacaq.

    Xatırladaq ki, Prezident İlham Əliyev Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlərin aradan qaldırıldığını Qazaxıstanda verdiyi bəyanatda qeyd etmişdi.