Qazaxıstan buğdası Ermənistana Azərbaycan vasitəsilə gedir
Ermənistanda məlumat sevinclə qarşılanıb

Qazaxıstan buğdasının ilk partiyası tezliklə Aktau-Bakı marşrutu ilə, daha sonra isə Azərbaycan və Gürcüstan dəmir yolları ilə Ermənistana gələcək.
Bu barədə iqtisadiyyat naziri Gevorq Papoyan məlumat verib.
"Sülh bərqərar oldu" deyə bəyan edib.
Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Ermənistana yüklərin tranzitinə qoyulan bütün məhdudiyyətlərin götürüldüyünü bəyan edib.
Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan yazıb ki, Ermənistan Respublikası Azərbaycan Respublikası Prezidentinin Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə bəyanatını alqışlayır.
***
Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryan “Armenpress”ə müsahibəsində “Azərbaycan Respublikası Prezidentinin Ermənistana yükdaşımalara qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarından məmnunam və alqışlayıram” deyib.
“Bu addım regional kommunikasiyaların açılması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və sülh gündəminin irəliləməsi baxımından böyük əhəmiyyət kəsb edir”.