XƏBƏRLƏR / Səyahət

Beynəlxalq səyyahlar Azıx mağarasına baxdılar

30 nəfərlik heyətə ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka və s. ölkələrin səyahətçiləri daxildir

Beynəlxalq səyyahlar Azıx mağarasına baxdılar
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edən beynəlxalq səyyahlar qrupu bu gün səhər Xocavənd rayonu ərazisindəki qədim Azıx mağarasına baş çəkiblər. Onlar Azıx mağarasının tarixi və coğrafi mövqeyi barədə ətraflı məlumatlandırılıblar. Qeyd edək ki, 30 nəfərlik heyətə ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyadan olan səyahətçilər daxildir.

    Onlar üç gün ərzində Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə hərəkət edəcəklər.