Rusiya taxılın "Şimal-Cənub"la daşınmasına güzəşt edir
Endirim Dağıstanın Samur sərhəd keçid məntəqəsindən və sonradan Azərbaycan-İran sərhəd keçid məntəqəsi olan Astaradan keçən yükdaşımalarına şamil edilir
“Rusiya Dəmir Yolları” Səhmdar Cəmiyyətinin Direktorlar Şurası “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutu boyunca taxıl və paxlalı bitkilərin ixracına 38 faiz endirim tətbiq edib.
Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Endirim Dağıstan Respublikasının Samur sərhəd keçid məntəqəsindən və sonradan Azərbaycan-İran sərhəd keçid məntəqəsi olan Astaradan keçən yükdaşımalarına şamil edilir. Güzəştli şərtlər 30 iyun 2027-ci il tarixinədək qüvvədə olacaq.
Bundan əlavə, şirkətin Direktorlar Şurası Cənub və Şimali Qafqaz federal dairələrindən 800 kilometrə qədər məsafəyə taxıl daşımalarına əvvəllər tətbiq edilən endirimlərin şərtlərini Azov-Qara dənizlər və Xəzər hövzəsindəki limanlara qədər genişləndirib.
1 dəqiqədən az