Azərbaycandan keçən taxıl Ermənistana çatıb
Taxıl Rusiyadan yüklü vaqonlarla göndərilib
Rusiyadan Azərbaycandan keçməklə göndərilən taxıl yüklü vaqonlar Ermənistana çatıb.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə ümumi çəkisi 1746 ton olan 25 ədəd taxıl yüklü vaqon Ermənistan Respublikasına çatıb.
İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 285 taxıl vaqonu (19 900 tona yaxın) taxıl göndərilib.
1 dəqiqədən az