Yükdaşıyanlar İrandan tranzit ölkə kimi istifadə etmirlər
Bu barədə Ermənistan Respublikasının Dövlət Gəlirləri Komitəsi məlumat yayıb
İran İslam Respublikasındakı vəziyyətə görə, yük daşıyıcıları İrandan tranzit ölkə kimi istifadə etməkdən çəkinir.
Bunu Ermənistan Respublikasının Dövlət Gəlirləri Komitəsinin rəsmisi "Armenpress"ə deyib.
O qeyd edib ki, "Çindən və digər Yaxın Şərq ölkələrindən idxal edilən yükləri Türkiyə və Gürcüstan vasitəsilə daşımağa üstünlük verirlər. Buna görə də, İran üzərindən yük daşımalarının azalması təbii və məntiqlidir. Son günlər İran-Ermənistan sərhəddində yük daşımalarda azalma müşahidə olunub."
1 dəqiqədən az