Azərbaycan və Çin yük daşımalar barədə razılığa gəliblər
Sazişdə Xəzər dənizi ilə konteyner daşımaları nəzərdə tutulur

Azərbaycan və Çin Xəzər dənizi ilə konteyner daşımaları barədə razılığa gəliblər.
Azərbaycan və Çin beynəlxalq yükdaşımaları və nəqliyyat dəhlizlərinin inkişafı sahəsində anlaşma memorandumu imzalayıblar.
Sənəd “Azərbaycan Dəmir Yolları” QSC ilə Çin Dəmir Yolları Dövlət Korporasiyası arasında bağlanıb və Avrasiya tranzitinin gücləndirilməsi istiqamətində mühüm addım hesab olunur.