XƏBƏRLƏR / Yükdaşıma

Ermənistana yenə Biləcəridən 10 vaqon gübrə gedib

Məlumat "Azərbaycan Dəmir Yolları" QSC-dan verilib

Ermənistana yenə Biləcəridən 10 vaqon gübrə gedib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 14:18

    Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

    10 vaqondan ibarət, çəkisi 678 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

    Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 25 min tondan çox taxıl, 2000 tona yaxın gübrə və 68 ton qarabaşaq göndərilib.

    Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

    ***

    10:06

    Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana gübrə göndəriləcək.

    Bu gün Ermənistana 10 vaqon gübrə yola salınacaq.

    Vaqonların saat 15:00-da Biləcəri stansiyasından yola salınması gözlənilir.

    Qeyd edək ki, ötən gün 8 vaqondan ibarət, çəkisi 536 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.