Fransanın Ermənistandakı səfiri təxribatlarından əl çəkmir
Diplomat yenə Azərbaycan sərhədinə gəlib
Fransanın Ermənistandakı səfiri Olivye Dikotini Ermənistan-Azərbaycan sərhədində olub.
"Fransanın Ermənistandakı səfirini qərargahda qəbul etmək bizim üçün böyük şərəfdir", - Aİ-nin Ermənistandakı missiyası bildirir.
Səfirə missiyanın fəaliyyəti barədə məlumat verilib. O, həmçinin missiyanın fəaliyyətini yerlərdə müşahidə etmək üçün sərhədin patruluna qoşulub.
Səfirin qonşu dövlətin sərhədinə tez-tez gəlməsi və Azərbaycan ərazisini müşahidə etməsinin səbəbləri və məqsədi aydın deyil.