XƏBƏRLƏR / Yükdaşıma

Bakı və Türkmənbaşı limanları bir araya gəlib

Tərəflər Xəzər dənizi vasitəsilə yük daşımalarının artırılması haqda danışıblar

Bakı və Türkmənbaşı limanları bir araya gəlib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bakı və Türkmənbaşı limanları strateji əməkdaşlığı gücləndirir.

    Türkmənbaşı Beynəlxalq Dəniz Limanının direktoru Cumayevin rəhbərlik etdiyi Türkmənistan nümayəndə heyəti Bakıya səfər edib. Bakı Beynəlxalq Dəniz Limanının rəhbəri Salahovla görüş keçirilib. Tərəflər Xəzər dənizi vasitəsilə yük daşımalarının artırılması və Orta Dəhlizin inkişafı məsələlərini müzakirə ediblər. Xüsusilə, Türkmənbaşı və Bakı (Ələt) limanları arasında nəqliyyat əlaqələrinin genişləndirilməsinə, qarşılıqlı ticarət dövriyyəsinin artırılmasına və sərhəd və gömrük prosedurlarının sadələşdirilməsinə diqqət yetirilib.

    Avropa İttifaqı da daxil olmaqla, bütün maraqlı tərəfdaşlarla fəal əməkdaşlığın vacibliyi vurğulanıb. Strateji tərəfdaşlığı daha da gücləndirmək üçün effektiv məlumat mübadiləsinin qurulması müzakirə edilib.