XƏBƏRLƏR / Yükdaşıma

Rusiyadan İrəvana Azərbaycandan keçməklə taxıl göndərildi

Vaqonlar bu gün Bakıdan yola salınıb FOTO

Rusiyadan İrəvana Azərbaycandan keçməklə taxıl göndərildi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl yüklü vaqonlar bu gün Bakıdan yola salınıb.

    Ümumi çəkisi 488 ton olan 7 ədəd taxıl yüklü vaqon Ermənistan Respublikasına göndərilib.

    Xatırladaq ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 21 min tondan çox taxıl (bugünkü 488 ton daxil olmaqla) göndərilib.