XƏBƏRLƏR / Yükdaşıma

Çindən Orta Dəhliz vasitəsilə ilin ilk qatarı Bakıya gəlir

45 konteynerlik Çin–Avropa yük qatarı Sian şəhərindən yola düşüb

Çindən Orta Dəhliz vasitəsilə ilin ilk qatarı Bakıya gəlir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • “Çin Enerji İnşaat Korporasiyası”na (“China Energy Engineering Group”) məxsus fotovoltaik modullarla yüklənmiş 45 konteynerlik Çin–Avropa yük qatarı Sian şəhərindən yola düşüb.

    Bu 2026-cı ildə Çindən Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu və ya Orta Dəhliz vasitəsilə yola düşən ilk qatardır. Yanvarın 1-də yola çıxan qatar Horqos sərhəd-buraxılış məntəqəsindən Qazaxıstana keçərək Xəzər dənizi vasitəsilə yekunda Bakıya çatacaq.

    Fotovoltaik modulların Bakıya operativ çatdırılması Sian şəhərinin Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizinin quruculuğunda fəal iştirakı, habelə dəhlizin üzv tərəfdaşları ilə birgə xərclərin azaldılması və səmərəliliyin artırılması istiqamətində görülən ardıcıl tədbirlər sayəsində mümkün olub. Hazırda Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizi üzrə qatarların hərəkəti daha da intensivləşib, daşınma müddəti isə 15–23 gündən təxminən 11 günədək qısalıb.

    Çin–Avropa yük qatarının (Sian) Trans-Xəzər xətti 2019-cu ilin oktyabrında ilk dəfə istifadəyə verilib, 2025-ci ilin noyabrın sonunadək bu marşrut üzrə ümumilikdə 466 qatar reysi həyata keçirilib.