Ələt limanında 4 min yük maşını bərəyə növbə gözləyir VİDEO
Azərbaycan Dəmir Yolları QSC məsələyə aydınlıq gətirib YENİLƏNİB
20:10
Azərbaycan Dəmir Yollarından (ADY) verilən açıqlamaya görə, Bakı Limanında tıxac vəziyyəti nəzarət altındadır.
"Bu günə qədər 1463 nəqliyyat vasitəsi, o cümlədən 1000 yük maşını və 463 qoşqu gözləyir. 535-i Qazaxıstana, 928-i isə Türkmənistana gedir.
Nəqliyyat vasitələrinin sayının hazırkı artımı, dəyişən geosiyasi vəziyyət fonunda regionda tranzit trafikinin artması ilə əlaqədardır.
Gözləyən nəqliyyat vasitələrinin sayının daha da azaldılması üçün lazımi tədbirlər sistemli şəkildə - Türkmənistan və Qazaxıstan limanları, gəmiçilik operatorları və digər maraqlı tərəflərlə əlaqələndirilərək həyata keçirilir."
***
18:30
Ələtdə 4000 Yük Maşını toplanıb - bu barədə Azadlıq radiosunun Asiya xidməti xəbər yayıb. VİDEO
Orta Asiya ölkələrinə gedən təxminən 4000 yük maşını Ələtdə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında bir neçə həftədir ki, ilişib qalıb.

Yaxın Şərqdəki hərbi münaqişə səbəbindən Avropa ilə Orta Asiya arasında İrandan keçən quru yolu bağlanıb. Nəticədə, əsas nəqliyyat axını Xəzər dənizindən keçmək üçün Azərbaycanın Ələt limanındakı bərə terminalına yönləndirilib, lakin mövcud infrastruktur tələbatı ödəyə bilmir.
Sürücülər liman ərazisinin 10 hektarlıq dayanacağının dolu olduğunu bildirirlər. Son məlumatlara görə, hazırda orada 3500 ilə 4000 arasında nəqliyyat vasitəsi yığılıb. Onlar Türkiyə və Avropa ölkələrindən Orta Asiya respublikalarına mal daşıyırlar.
1 dəqiqə