Azərbaycanla Rusiya arasında yükdaşımada problem yoxdur
Bunu Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından bildiriblər

Azərbaycanla Rusiya arasında yükdaşıma sahəsində son dövrlərdə heç bir problem qeydə alınmayıb - Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) baş katibi Kənan Qurbanov deyib.
Kənan Qurbanov jurnalistlərə açıqlamasında bildirib ki, heç bir tərəf maneə yaratmayıb, daşımaların həcmi azalmayıb, sürücülər hər hansı bir çətinliklə bağlı məlumat verməyiblər.
Bundan başqa, Qurbanov bildirib ki, beynəlxalq yükdaşımaların yarıdan çoxu İran-Rusiya marşrutu ilə həyata keçirilir və bu yüklərdə həm Azərbaycan, həm də Rusiya daşıyıcıları iştirak edir.