AZCON Holding şirkətlərindən olan ASCO-nun quru yük gəmiləri ilə daşımalarının həcmi cari ilin yanvar–iyul aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 39 faiz artıb.
ASCO-dan bildirilib ki, 2025-ci ilin ilk 7 ayında quru yük gəmiləri ilə 780 min 366 ton yük daşındığı halda, cari ilin eyni dövründə bu göstərici 1 milyon 83 min 130 ton təşkil edib.
Təkcə bu ilin iyul ayında quru yük gəmiləri ilə 188 min 825 ton yük daşınıb. Ötən ilin iyul ayında isə bu göstərici 114 min 184 ton olub. Nəticədə, 2026-cı ilin iyulunda daşınan yükün həcmi ötən ilin eyni ayı ilə müqayisədə 74 min 641 ton və ya 65 faiz çox olub.
1 dəqiqədən az