Azərbaycan pasportu cəlbedicilik reytinqində irəliləyib
Bu barədə İsveçrənin "Henley&Partners" şirkəti məlumat yayıb
İsveçrəlilər Azərbaycan pasportunun möhkəmliyini müəyyən ediblər.
"Henley&Partners"in yenilənmiş pasport cəlbedicilik reytinqinə əsasən, Azərbaycan 70-ci yeri tutmuşdur (2023-cü ildəki 76-cı yerə qarşı).
Azərbaycan Respublikası vətəndaşları üçün vizasız ölkələrin sayı da 72-yə yüksəlib.
Cənubi Qafqazın digər ölkələrinə gəlincə, Gürcüstan 44-cü (122 vizasız istiqamət), Ermənistan isə 74-cü (68 vizasız istiqamət) yeri tutub.
Sinqapurun pasportu 2025-ci ilin ən güclü pasportudur (195 ölkə).
Qeyd edək ki, "Henley&Partners"in pasport reytinqi seçilmiş ölkənin vətəndaşının vizasız və ya viza almaq üçün sadələşdirilmiş prosedurla neçə başqa ölkəyə gedə biləcəyini göstərən hərəkət azadlığı indeksinə əsaslanır.