Beynəlxaq səyahətçilər Şuşa şəhərinə gəliblər
Səyahətçilər artıq Xocavənd rayonundakı tarixi abidə olan Azıx mağarasını ziyarət ediblər
Bu gün beynəlxalq səyahətçilər Şuşa şəhərinə gəliblər. Səyahətçilərin ikinci dayanacağı Qafqazın incisi Şuşa olub.
Nümayəndə heyətinin tərkibinə ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiya olmaq 12 ölkənin nüfuzlu şəxsləri daxildir.
Səfər zamanı nümayəndə heyəti, həmçinin, işğal dövründə ermənilərin törətdiyi vandallıqlarla, ərazilərdəki yenidənqurma işləri ilə, habelə, Qarabağ regionunun təbii gözəlliyi ilə tanış olacaqlar.
Qeyd edək ki, səyahətçilər artıq Xocavənd rayonundakı tarixi abidə olan Azıx mağarasını ziyarət ediblər.