Azərbaycan və Türkiyə gömrük prosedurlarını sadələşdirir
İKi ölkənin Gömrük təşkilatları Orta Dəhlizlə yük daşınmasının sürətləndirilməsi məsələlərini müzakirə ediblər
Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycan və Türkiyə gömrük prosedurlarının sadələşdirilməsi və Orta Dəhliz boyunca yük daşınmasının sürətləndirilməsi məsələlərini müzakirə ediblər.
Görüş Gömrük Mühafizəsi Baş İdarəsinin rəis müavini Yaşar Baltacının rəhbərlik etdiyi Türkiyə gömrük xidmətlərinin nümayəndə heyəti ilə keçirilib. Tərəflər birgə layihələr, təcrübə mübadiləsi, qaçaqmalçılıq və narkotik qaçaqmalçılığı ilə mübarizə məsələlərini müzakirə ediblər.
Səfər zamanı nümayəndə heyəti Dövlət Gömrük Komitəsi Akademiyasını, Hava Nəqliyyatı Baş Gömrük İdarəsini və Kinoloji Mərkəzi ziyarət edib.
1 dəqiqədən az