Azərbaycan üzərindən Ermənistana buğda göndəriləcək
Qatar bu gün saat 18:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək
Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
Bu ölkəyə 10 vaqon buğda tədarük olunacaq.
Qatar saat 18:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
1 dəqiqədən az