"ADY" QSC Çin limanları ilə əməkdaşlığı genişləndirir
Azərbaycan Dəmir Yollarının (ADY) sədri Çin liman və texnologiya şirkətlərinin nümayəndə heyətləri ilə görüşüb
Azərbaycan Dəmir Yolları Orta Dəhliz boyunca Çin limanları ilə əməkdaşlığı genişləndirir.
Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Qurucu Tədbirlər Konfransının (AİQTK) Liman Rəhbərləri Konfransı çərçivəsində Azərbaycan Dəmir Yollarının (ADY) sədri Rövşən Rüstəmov aparıcı Çin liman və texnologiya şirkətlərinin nümayəndə heyətləri ilə görüşüb.
Şanxay Beynəlxalq Liman Qrupu (SIPG) və NIZE Tech texnologiya şirkəti ilə görüşdə tərəflər Orta Dəhliz boyunca müntəzəm konteyner daşımalarının artırılması, eləcə də liman əməliyyatlarının rəqəmsallaşdırılması və ağıllı liman həllərinin tətbiqi məsələlərini müzakirə ediblər.
Görüşlərin yekununda Orta Dəhlizin inkişafı, Çin-Azərbaycan-Avropa marşrutu boyunca yük daşımalarının artırılması və yeni texnoloji həllərin tətbiqi üzrə əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə edilib.
1 dəqiqə