XƏBƏRLƏR / Yükdaşıma

Bakı Limanında konteyner aşırması rekord vurub

Bu barədə jurnalistlərə açıqlamasında Bakı Limanının direktoru Eldar Salahov bildirib

Bakı Limanında konteyner aşırması rekord vurub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu il Bakı Beynəlxalq Dəniz Limanı 104-105 min TEU konteyner aşırmağı planlaşdırır.

    Bu barədə jurnalistlərə açıqlamasında Bakı Limanının direktoru Eldar Salahov bildirib.

    Onun sözlərinə görə, bu gün Beynəlxalq Dəniz Limanında illik konteyner aşırma göstəricisi ilk dəfə olaraq 100 000 TEU (Twenty-foot Equivalent Unit – iyirmifutluq ekvivalent standartı) səviyyəsinə çatıb.

    "Fikirləşirəm ki, bu il qeyd olunan göstərici 104-105 minə çatacaq", - Eldar Salahov qeyd edib.

    O əlavə edib ki, 2024-ci ildə Liman tərəfindən 76 mindən artıq TEU konteyner daşınıb və bu göstərici ilə müqayisədə cari il qeyd olunan göstərici üzrə 40% artım gözlənilir.

    Bakı Beynəlxalq Dəniz Limanına gələn yüklərin əsas istiqaməti Şərqdən Qərbədir.

    Bunu Eldar Salahov bu gün liman ərazisinə təşkil edilən mediatur zamanı jurnalistlərə açıqlamasında deyib.

    Onun sözlərinə görə, yüklərin təxminən 38-40%-i Çindən gələn idxal və tranzit yüklərdir: "Xüsusilə son zamanlar Çin istehsalı olan avtomobillərin və ehtiyat hissələrinin daşınmasında böyük artım müşahidə olunur. Bununla yanaşı, İsveçrə, Türkiyə, Qazaxıstan, Özbəkistan və Gürcüstan kimi ənənəvi ticarət tərəfdaşlarımızla da əməkdaşlığımız genişlənir".