XƏBƏRLƏR / Yükdaşıma

Rusiya Azərbaycan üzərindən Ermənistana propan göndərib

Çəkisi 242 ton olan propan Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib

Rusiya Azərbaycan üzərindən Ermənistana propan göndərib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.

    7 vaqondan ibarət, çəkisi 242 ton olan propan avqustun 24-də Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

    Qeyd edək ki, indiyədək Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 50 min tondan çox taxıl, 9 min tonadək gübrə, 1172 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 ton taxta göndərilib.

    Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tonadək dizel yanacağı, 5 min tonadək Aİ-92 və Aİ-95 benzini ixrac olunub.