Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük gedib
Rusiyadan Ermənistana buğda və arpa göndərib
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.
20 vaqondan ibarət, çəkisi 1400 ton olan arpa və və 21 vaqondan ibarət, çəkisi 1469 ton buğda bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Qeyd edək ki, indiyədək Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 60 min tona yaxın taxıl, 9 min tondan çox gübrə, 1414 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 608 ton taxta göndərilib.
Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 17 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.
1 dəqiqədən az