Laçın Sərhəd Keçid Məntəqəsi adi iş rejimində çalışır VİDEO
BQXK-nın vasitəçiliyi ilə Azərbaycanın Qarabağ bölgəsinin erməni əsilli sakinləri Gorus istiqamətinə yollanıblar
Avqustun 9-da BQXK-nın vasitəçiliyi ilə Azərbaycanın Qarabağ bölgəsinin erməni əsilli sakinlərinin “Laçın” sərhəd-keçid məntəqəsindən (SKM) növbəti sərbəst keçidi təmin edilib.
▪️Mülki şəxslərin sənədlərinin və baqajlarının yoxlanılması prosesi əks olunub.
▪️Yoxlamadan sonra onların SKM-dən sərbəst keçməsi təmin edilir.
▪️Bu video kadrlar bir daha Qarabağ ermənilərinin Laçın SKM-dən keçməsində heç bir maneənin və ya çətinliyin olmadığını göstərir.
Erməni tərəfi 10 xəstənin və onları müşayət edən şəxsin Ermənistana, 9 nəfərin isə Xankəndiyə qayıtması haqda xəbər verir