XƏBƏRLƏR / Yükdaşıma

Azərbaycan üzərindən Ermənistana propan və gübrə gedəcək

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb

Azərbaycan üzərindən Ermənistana propan və gübrə gedəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün Azərbaycandan tranzit keçməklə 14 vaqon propan, 5 vaqon gübrə Rusiyadan Ermənistana göndəriləcək.

    Bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC məlumat yayıb.

    Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 36 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq, 414 ton antrasit və 1 026 ton propan qazı göndərilib.

    Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.