Gecə Rusiya buğdası ilə yüklənmiş qatar Ermənistana çatıb
Bu barədə Ermənistan hökuməti rəsmi məlumat yayıb FOTO
Dünən gecə Rusiya buğdası ilə yüklənmiş qatar (15 vaqon) Azərbaycan və Gürcüstandan keçərək Ermənistana çatıb.

"Azərbaycanın Ermənistana yük daşınmasına qoyulan məhdudiyyətləri aradan qaldırması regional əlaqələrin bərpası və iqtisadi əməkdaşlığın stimullaşdırılması istiqamətində mühüm addımdır.
Bu, Vaşinqtonda əldə edilən razılaşmaların praktiki tətbiqlərindən biridir və Ermənistan və Azərbaycan arasında bərqərar olan sülhün institusionallaşmasına töhfə verir.
Bu təşəbbüs qarşılıqlı etimadın gücləndirilməsi və sülh gündəliyinin irəliləməsi kontekstində də xüsusilə vacibdir", - deyə Ermənistan hökumətinin bəyanatında bildirilir.

1 dəqiqədən az