XƏBƏRLƏR / Yükdaşıma

Rusiya Azərbaycan üzərindən Ermənistana propan göndərir

242 ton olan propan sabah Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək

Rusiya Azərbaycan üzərindən Ermənistana propan göndərir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

    7 vaqondan ibarət, çəkisi 242 ton olan propan 24 avqust tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

    Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 50 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1172 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 ton taxta göndərilib.

    Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.