İran səfiri Müctəba Dəmirçilu Qırmızı Körpüyə niyə gedib?
Səfirin Azərbaycan-Gürcüstan sərhədinə səfər etməsi haqda IRNA agentliyi xəbər yayıb
İRNA-nın məlumatına görə, İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Azərbaycan-Gürcüstan sərhədindəki Qırmızı Körpü gömrük məntəqəsinə baş çəkib.
Səfər zamanı diplomat İran yük maşınları üçün tranzit şərtləri ilə tanış olub və Azərbaycan gömrük rəsmiləri ilə danışıqlar aparıb. Rəsmilər ona inzibati prosedurlar, nəqliyyat vasitələrinin yoxlanılması metodları və yoxlamaların sürətləndirilməsi və artırılması planları barədə məlumat veriblər.
Nəşrdə qeyd olunur ki, Qırmızı Körpü keçid məntəqəsi Fars körfəzi, Qara dəniz və Avropa arasında mallar üçün əsas tranzit məntəqəsidir və İrana Gürcüstan limanları vasitəsilə Şərqi Avropa bazarlarına çıxışı təmin edir.
Bundan əlavə, bu marşrut Fars körfəzi sahili dövlətlərini və Hindistanı İran, Azərbaycan və Gürcüstan vasitəsilə Avropa ilə birləşdirir.
1 dəqiqə