Qazaxıstan Azərbaycanda logistika terminalı tikəcək
Loqistika Mərkəzi 2027-ci ilin iyul ayına qədər Ələt AİZ-də yaradılacaq
Qazaxıstan Ələt Azad İqtisadi Zonası (AİZ) daxilində Azərbaycanda logistika terminalı tikəcək.
Bu, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) potensialını gücləndirməyə yönəlmiş əsas infrastruktur layihəsidir.
Loqistika Mərkəzi 2027-ci ilin iyul ayına qədər Ələtdə yaradılacaq.
Eyni zamanda, Astana Rusiya və Belarusda oxşar terminalların tikintisini başa çatdıracaq. Qazaxıstanın Baş naziri Oljas Bektenovun tapşırığına əsasən, planlara Macarıstan, Çin və Rumıniyada oxşar şəbəkənin yaradılması daxildir.
Layihənin məqsədi Qazaxıstan, Çin və Avropa arasında yük tranzitini sürətləndirməkdir.
1 dəqiqədən az