Britaniya səfiri Ağcabədi və Beyləqana getdi
Bu barədə Fergus Ould twitter hesabında yazıb
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Ould Ağcabədi və Beyləqana gedib. Bu barədə Fergus Ould twitter hesabında yazıb.
"Bu gün Ağcabədi və Beyləqana yola düşürəm. Bu bölgələrdə rayon başçıları ilə görüşüb Böyük Britaniyanın maliyyələşdirdiyi layihələrlə tanış olacağam. İşgüzar səfərim çərçivəsində həm də səyahət etdiyim rayonlar siyahısına daha ikisi əlavə olunacaq. Necə deyərlər, həm ziyarət, həm ticarət".