Beynəlxalq səyyahlar azad edilmiş ərazilərimizə gəldilər
Qrupa hərb tarixi ilə yaxından maraqlanan səyyahlar daxildir
Bu gün beynəlxalq səyahətçilər qrupunun Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başlayıb. Səyyahlar Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrəmarşrutu üzrə hərəkət edirlər. Onlar 3 gün ərzində azad edilmiş ərazilərimizə baxış keçirəcəklər.
Beynəlxalq səyahətçilər qrupuna 12 ölkədən 30 nəfər daxildir. Onlar ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, İtaliya, İspaniya, Braziliya, Fransa, Danimarka, Niderland və Rusiyanın təmsil edirlər.
Beynəlxalq səyyahlar qrupuna dünyamiqyaslı azərbaycanlı səyyah Mehrac Mahmudov bələdçilik edir.
Qrupa hərb tarixi ilə yaxından maraqlanan səyyahlar daxildir. Onlar 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən talan edilmiş əraziləri gəzməklə reallıqla tanış olacaqlar.