XƏBƏRLƏR / Yükdaşıma

Bakı-Tbilisi-Qars dəmir yolu 17 mln ton yük daşıya biləcək

Bunu Türkiyə XİN Strateji araşdırmalar Mərkəzinin şöbə müdiri Turhan Dilmaç deyib

Bakı-Tbilisi-Qars dəmir yolu 17 mln ton yük daşıya biləcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakı-Tbilisi-Qars dəmir yolunun yük daşıma potensialı 2034-cü ilə qədər 17 milyon tona qaldırılacaq.

    Bunu Türkiyə Xarici İşlər Nazirliyinin Strateji araşdırmalar Mərkəzinin şöbə müdiri Turhan Dilmaç Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Beyin Mərkəzləri Forumunun 13-cü toplantısının “Avrasiya konnektivliyinin gücləndirilməsi” sessiyasında deyib.

    Orta Dəhliz barədə danışan XİN rəsmisi bu dəhlizin Avropa və Çin arasında ticarətin inkişafına gətirib çıxaracağını, Türkiyənin bu prosesdə mühüm rol oynayacağını vurğulayıb.

    O əlavə edib ki, Orta Dəhlizin potensialının gücləndirilməsi üçün Türkiyə Azərbaycan və Mərkəzi Asiya ilə əlaqələrini daha da möhkəmləndirəcək.