Azərbaycan və Çin birgə müəssisə yaradacaq
İki ölkə arasında birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycanla Çin arasında birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb.
Memorandumu “Dream Group” şirkətinin baş icraçı direktoru Kamran Allahverdiyev və “Digital Team Technology LTD” şirkətinin həmtəsisçisi Çhanq Yi imzalayıb.
Memorandumun imzalanması Azərbaycan-Çin İqtisadi Ticarət Əməkdaşlıq Forumu çərçivəsində baş tutub.